Türkiyənin Kocaeli vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kocaeli vilayətinin Gebze rayonunda minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub. Zərbənin təsirindən mikroavtobus aşıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə briqadaları, tibb qrupları və polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində xəsarət alan 21 nəfər təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Mikroavtobusdakı sərnişinlərdən biri xəstəxanada vəfat edib.
Qəza ilə bağlı polis araşdırması davam edir.
Şəbnəm Mehdizadə
