2026-cı il noyabrın 2–14-də Almaniya Federativ Respublikasının Vismar şəhərində Martin Lüter adına Halle-Vittenberq Universitetinin Vismar Tətbiqi Elmlər Universiteti ilə birgə təşkil etdiyi inzibati hüquq üzrə təlim kursu keçirilib.
E-huquq.az xəbər verir ki, təlimdə Azərbaycanı Ali Məhkəmənin, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin, eləcə də Bakı və Gəncə inzibati məhkəmələrinin hakimləri təmsil ediblər.
Təlimin əsas məqsədi Almaniyanın inzibati hüquq və inzibati məhkəmə icraatı sahəsində təcrübəsinin öyrənilməsi, inzibati işlərə baxılması metodikasının, iddiaların mümkünlüyü və əsaslılığının qiymətləndirilməsi, inzibati aktların qanuniliyinə məhkəmə nəzarətinin həyata keçirilməsi, habelə məhkəmə qərarlarının əsaslandırılması mexanizmləri ilə tanışlıq olub.


