Madaqaskarın cənubunda sərnişin daşıyan nəqliyyat vasitəsinin sel sularına qapılması nəticəsində 26 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 17-də Betroka bölgəsində baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 26 nəfərin meyiti tapılıb, 9 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı davam etdirilir.
Məlumata görə, sürücü su basmış yolu keçməyə çalışarkən nəqliyyat vasitəsi güclü su axınına düşüb. Sürücünün sağ qaldığı arasında olduğu bildirilir.
Şəbnəm Mehdizadə
