Məzmuna keç

Rumıniyada baş verən güclü zəlzələ nəticəsində 2 nəfər yaralanıb

Rumıniyanın şərqində baş verən 5,7 maqnitudalı zəlzələ nəticəsində iki nəfər xəsarət alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar 120,8 kilometr dərinlikdə qeydə alınıb və paytaxt Buxarest də daxil olmaqla, ölkə ərazisində 5-10 saniyə davam edib.

Fövqəladə Hallar üzrə Baş Müfəttişliyin bildirdiyinə görə, zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb. Yaralılardan biri təxliyə zamanı şkaf qapısına dəyib, digərinin üzərinə isə mebel parçası düşüb.

Zəlzələ qonşu ölkələrdə də hiss edilib.

Şəbnəm Mehdizadə