İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində iki fələstinli həlak olub, bir neçə nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Qəzza və Deyr əl-Bələh şəhərlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Qəzza şəhərində bir mülki şəxs, Deyr əl-Bələh şəhərində isə daha bir nəfər həyatını itirib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra İsrail hücumları nəticəsində 1 647 fələstinli həlak olub, 5 969 nəfər yaralanıb.
Nazirliyin bildirdiyinə görə, 2023-cü il oktyabrın 8-dən başlayan hücumlar nəticəsində ümumilikdə 74 mindən çox fələstinli ölüb, 176 mindən çox insan yaralanıb.
Şəbnəm Mehdizadə
