Məzmuna keç

Vəkil Könül İsgəndərliyə vəzifə verildi

Vəkillər Kollegiyasının üzvü Könül İsgəndərli yeni vəzifəyə təyin olunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, xanım vəkil Azərbaycan Milli Antidopinq Agentliyinin Apellyasiya Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, K.İsgəndərli 2020-ci ildən Vəkillər Kollegiyasının üzvüdür. 2021-ci ildən isə 34 saylı Vəkil Bürosunun müdiri vəzifəsini icra edir.

O, 2023-cü ildən Azərbaycan Milli Antidopinq Agentliyinin Apellyasiya Komitəsinin üzvüdür.

Şəbnəm Mehdizadə