ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi Yaponiyanın qərbində yerləşən Koçi hava limanında təcili eniş edib.
E-huquq.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, qəza enişi zamanı xəsarət alan olmayıb.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Qeyd edək ki, oxşar hadisə 2025-ci ilin mart ayında da baş vermişdi. Həmin vaxt ABŞ ordusuna aid digər bir F-35 qırıcısı Yaponiyanın qərbindəki İvakuni hava limanına təcili eniş etmiş və texniki təmir işləri səbəbindən 40 gündən çox orada qalmışdı.
Şəbnəm Mehdizadə
