Məzmuna keç

Bakıda doğum gününü qeyd edən aparıcı faciəvi şəkildə öldü

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman vəfat edib.

E-huquq.az xəbər verir ki, aparıcı doğum gününü yaxınları ilə birlikdə qeyd etdikdən sonra evə qayıdarkən yol-nəqliyyat hadisəsi keçirib.

Qəza nəticəsində o həyatını itirib.

Qeyd edək ki, Ada Süleyman uzun müddət ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinin aparıcısı olub.

***

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti hadisə barədə məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.