Məzmuna keç

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib .

Axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.