Məzmuna keç

Bu il 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub

2026-cı ilin yanvar-oktyabr ayları ərzində 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə e-huquq.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 62,65%-ni kişilər, 37,35%-ni isə qadınlar təşkil edib.