Məzmuna keç

Danimarkada məktəblərdə mobil telefonlardan istifadə qadağan edilir

Danimarkada 2027-2028-ci tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəyə icazə verilməyəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeni qayda qarşıdakı tədris ilindən qüvvəyə minəcək.

Qadağa təkcə mobil telefonları deyil, internetə çıxış imkanı olan digər fərdi elektron cihazları da əhatə edəcək. Bununla yanaşı, məktəblərin internet şəbəkələrində xüsusi məzmun filtrləmə sisteminin tətbiqi nəzərdə tutulur.

Yeni qaydalara əsasən, dərs saatlarında sosial şəbəkələrə, onlayn oyunlara, alış-veriş platformalarına və təhsillə əlaqəsi olmayan digər internet resurslarına giriş məhdudlaşdırılacaq.

Hansı internet saytlarının bloklanacağına isə bələdiyyələr və məktəb rəhbərlikləri qərar verəcək.

Danimarkanın təhsil naziri Maqnus Heunike də uşaqların sosial şəbəkələr, onlayn alış-veriş və kompüter oyunları səbəbindən diqqətlərinin yayınmadan təhsil almalarının vacibliyini vurğulayıb.

Şəbnəm Mehdizadə