Məzmuna keç

Cəlilabadda iki avtomobil toqquşdu – Xəsarət alanlar var

Cəlilabad rayonunun Abdullu kəndində yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə zamanı “VAZ-21099” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində bir neçə nəfər ağır xəsarət alıb. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır