“Ali Məhkəmə izah edir” layihəsinin yeni buraxılışı yayımlanıb.
E-huquq.az xəbər verir ki, budəfəki buraxılışda hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyindən bəhs edilir.
Qeyd edək ki, “Ali Məhkəmə izah edir” layihəsinin əsas məqsədi hüquqi məlumatların geniş auditoriya üçün daha əlçatan olmasını təmin etmək, məhkəmə qərarlarının məzmununu və mahiyyətini mürəkkəb hüquqi terminologiyadan mümkün qədər uzaq, sadə və anlaşıqlı formada çatdırmaq, həmçinin cəmiyyətdə hüquqi maarifləndirmənin inkişafına töhfə verməkdir.
