Türkiyənin Ərdahan vilayətində yağan güclü qar bir sıra fəsadlar törədib.
E-huquq.az Türkiyə Kiv-ə istinadən xəbər verir ki, şəhər ərazisində qar yağması və yolların buz bağlaması nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Şəhəri Qara dəniz bölgəsi ilə birləşdirən Ərdəhan-Şavşat şosesinin Sahara hissəsi, eləcə də Gürcüstan sərhədindəki Türkgözü Gömrük Keçid Məntəqəsinə aparan Damal-Posof-Türkgözü şosesinin İlqar dağı hissəsi ağır tonnajlı nəqliyyat vasitələri üçün bağlanıb.
Yol xidməti əməkdaşları həmin marşrutlarda qardan təmizləmə və buz əleyhinə duzlama işlərinə başlayıblar.
Şəbnəm Mehdizadə
