Məzmuna keç

Yunanıstan ordusunda hərbi qulluqçuların kütləvi istefası başlayıb

Yunanıstanda silahlanmaya milyardlarla avro xərclənməsinə baxmayaraq, silahlı qüvvələrdə hərbi qulluqçuların kütləvi istefası ciddi müzakirələrə səbəb olub.

E-huquq.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlindən bəri Quru Qoşunlarından 750, Hərbi Dəniz Qüvvələrindən isə 254 nəfər istefa verib. Hərbi Hava Qüvvələrində də texniki heyət, o cümlədən Fransada “Rafale” qırıcılarının elektron sistemləri üzrə təlim keçmiş mütəxəssislər xidmətdən ayrılıb.

Ordudan ayrılanlar arasında yeni silah sistemlərinin istismarı üçün vacib olan təcrübəli kadrların da olduğu vurğulanıb.

Ölkənin yeni silahların alınmasına milyardlarla avro xərclədiyi bir vaxtda hərbi qulluqçuların xidmətini tərk etməsini ziddiyyətli vəziyyət kimi qiymətləndirilir.

Şəbnəm Mehdizadə