Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” QSC-nin baş vermiş qəzaların aradan qaldırılması üçün mal-materialların satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 30.441,94 manatdır.
Şəbnəm Mehdizadə
