Məzmuna keç

Danimarkanın məşhur şirkətinin 50 min ton məhsulu müsadirə edilib

Danimarka Baytarlıq və Qida Administrasiyası insan istehlakı üçün yararsız, çirklənmiş taxıl və kolza məhsullarını satışa çıxardığı iddiası ilə “Danish Agro” şirkətindən şikayət edib. Yoxlamalar zamanı 50 min ton məhsul müsadirə olunub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çirklənmiş xammalın bir hissəsi yoxlamalardan əvvəl un və yağ istehsalında istifadə olunub. Danimarka Texniki Universitetinin qiymətləndirməsinə əsasən, həmin taxıldan hazırlanan un istehlakçıların sağlamlığı üçün risk yarada bilər.

Şirkətin anbarlarında aparılan yoxlamalar zamanı taxıl və toxum məhsullarında kif, quş və gəmirici nəcisləri, ölü zərərvericilər və quş qalıqları aşkarlanıb.

“Danish Agro”nun rəhbəri Kristian Laursen aşkar edilən nöqsanlara görə təəssüfünü bildirib, lakin şirkətin çirklənmiş məhsulları bilərəkdən satdığı iddiasını rədd edib.

Şirkət daha əvvəl də insan istehlakı üçün nəzərdə tutulan taxılla bağlı pozuntulara görə 200 min Danimarka kronu məbləğində cərimələnib.

Şəbnəm Mehdizadə