Məzmuna keç

Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verildi

Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan işıqfor artıq istifadədədir.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtobus sürücüləri həmin işıqforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.

Qeyd edək ki, avtobus işıqforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.