Məzmuna keç

Zəngi liseyinə yeni direktor təyin olundu – FOTO

Əkbərova Zəhra Qafil qızı Bakı şəhəri Zəngi liseyinə direktor vəzifəsinə təyin olunub.

E-huquq.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Qeyd edək ki, o, pedaqoji fəaliyyətə 2014-cü ildə başlayıb, bu təyinata qədər Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta ümumtəhsil məktəbində təlim- tərbiyə işləri üzrə direktor müavini çalışıb.