Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin əməkdaşları şəhərdə axtarışda olan şəxslərin tutulması məqsədilə əməliyyat keçiriblər.
Əməliyyat zamanı barəsində 18 il həbs cəzası qüvvəyə minmiş və bir ildir axtarışda olan A.A., həmçinin üç və yeddi ildir gizlənən K.N. və N.K.Ç. saxlanılıblar.
Şəbnəm Mehdizadə
