Məzmuna keç

Rusiya Kiyevdə PUA istehsal edən iki sənaye obyektinə zərbələr endirib

Rusiya Ukraynanın paytaxtı Kiyevdə pilotsuz uçuş aparatlarının (PUA) istehsal olunduğu iki sənaye obyektinə zərbələr endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, gecə saatlarında həyata keçirilən hücumlar zamanı Ukraynanın hərbi-sənaye infrastrukturu hədəf alınıb. Zərbələrin yerüstü buraxılışlı yüksək dəqiqlikli silahlar və PUA-larla endirildiyi bildirilib.

Bəyanatda, həmçinin Qara dənizdə hərbi yük daşıdığı ehtimal edilən bir gəminin də hədəfə alındığı qeyd olunub.

Bundan başqa nazirlik gecə ərzində hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 343 PUA-nı zərərsizləşdirdiyini bildirib. Dronların Moskva ətrafı da daxil olmaqla, müxtəlif bölgələrdə vurulduğu iddia edilib.

Şəbnəm Mehdizadə