Məzmuna keç

Marqus Tsahkna: “Münasibətləri daha da inkişaf etdirmək istəyirik”

Biz uzunmüddətli əməkdaşlığa ümid edirik.

E-huquq.az xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Səfirliyin açılması uzunmüddətli məsələdir və düşünülmüş qərardır. Biz qərara gəldik ki, münasibətləri daha da inkişaf etdirək”, – deyə Marqus Tsahkna vurğulayıb.