Məzmuna keç

Fikrət Məmmədovun qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb

Fikrət Məmmədovun qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov iyulun 4-də Sumqayıt şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, qəbula vətəndaşlar Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (01865) 5-57-45, (01865) 5-18-42), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün Ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.