Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə bağlı şikayətinə baxıb.
E-huquq.az-ın xəbərinə görə, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsinin iyunun 27-də qəbul etdiyi qərarı ilə N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb. Deputatın toxunulmazlığı iyunun 26-da aradan qaldırılıb. Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.
Baş Prokurorluq parlamentin keçmiş üzvü barədə həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
Mənbə: Report
