Məzmuna keç

Rusiya Xankəndi və Şuşaya yardım göndərdi

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan Qarabağ bölgəsində evlərin və sosial obyektlərin inşası üçün tikinti materiallarından ibarət ikinci humanitar yardım kolonunu göndərib.

E-huquq.az xəbər verir ki, göndərilmiş yardımlar Xankəndi və Şuşa şəhərlərinə yönəldiləcək.

Belə ki, bölgəyə 30 böyük yük maşınında 300 ton yük çatdırılıb.

Rusiya FHN ilk belə yardımı 21 noyabrda göndərmişdi.