Məzmuna keç

Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi

Azərbaycan və Ermənistan hərbi əsirlərin siyahısının mübadiləsini aparıblar.

E-huquq.az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Tiqran Avinyanın ofisindən bildirilib.

“Azərbaycan və Ermənistan tərəfi hərbi əsirlərin siyahısını Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim ediblər”, – deyə məlumatda qeyd edilib.

Hazırda siyahının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.