Bakının Azneft dairəsində yeni quraşdırma işləri görülür.
E-huquq.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
Fotoda dairənin mərkəzinə Azərbaycan bayrağının rənglərində xüsusi konstruksiya yerləşdirildiyi əks olunub. Bunun yaxında baş tutacaq Qələbə paradı münasibətilə edildiyi ehtimal olunur.
