Məzmuna keç

Rusiyanın Cinayət Məcəlləsinə yeni maddə əlavə olundu

Rusiya Cinayət Məcəlləsinə “Ərazi bütövlüyünün pozulması” maddəsi əlavə olunub.

E-huquq.az xəbər verir ki, Prezident Vladimir Putin Rusiya ərazisinin bir hissəsinin özününküləşdirilməsinə, yaxud ərazi bütövlüyünün pozulmasına yönəlmiş fəaliyyətə görə 10 il müddətinədək azadlıqdan məhrumetmə cəzası və ərazinin özününküləşdirilməsinə ilk dəfə çağırışa görə inzibati cəza nəzərdə tutan qanunlar paketini imzalayıb.

Qanunda sərhədlərin delimitasiyası, demarkasiyası, redemarkasiyası prosesi istisna edilir.

Rusiyanın ərazi bütövlüyünün pozulmasına çağırışa görə inzibati cəza alan şəxs bu hərəkəti təkrarladığı təqdirdə 6 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.