Moskvanın ABŞ-ın rəsmi qurumlarını və şirkətlərini hədəf alan kiber hücumlarla heç bir əlaqəsi yoxdur.
E-huquq.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
"Rusiyanın bu cür hücumlarla və xüsusən də bu hücumla heç bir əlaqəsi yoxdur", – Peskov bildirib.
O, bu cür ittihamların əsassız olduğunu bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın rəsmi qurumlarına edilən kiber hücumlarının arxasında Rusiya xakerlərinin olduğunu bəyan edib.
