Məzmuna keç

Ermənistan polisi müharibədə ağır itkilərə məruz qaldığını açıqladı

Sentyabrın 27-də başlanmış ikinci Qarabağ müharibəsində Ermənistanın 65 polis əməkdaşı həlak olub, 6 nəfər itkin düşmüş hesab edilir.

E-huquq.az xəbər verir ki, bu barədə respublika polisi bildirib.

Qeyd edilir ki, polis əməkdaşları müharibədə əsgər kimi xidmət etməyə başlayıblar.

Müharibənin birinci günlərindən Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistann polis qoşunlarından təxminən 3 000 nəfər göndərilib. Ermənistan polisinin əməkdaşları xüsusən Şuşa yaxınlığındakı döyüşlərdə böyük itkilərə məruz qalıblar.

Müharibədə təkcə polis qoşunlarından 38 nəfər həlak olub, təxminən qırx nəfər yaralanıb.