Türkiyədə koronavirusun yeni ştammına 15 yoluxma aşkarlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır.
Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.
