Norveçdə qocalar evinin iki sakini koronavirus əleyhinə Pfizer/BioNTech peyvəndi vurduqdan bir neçə gün sonra dünyasını dəyişib. Bu barədə NRK televiziyası məlumat yayıb.
E-huquq.az xəbər verir ki, hazırda Norveç Dərman Agentliyi və Milli Səhiyyə İnstitutu vaksinasiya prosedurunun yaşlıların ölümü ilə əlaqəli olub olmadığını öyrənməyə çalışır.
Bu, Pfizer/BioNTech vaksinindən sonra qeydə alınan ilk ölüm hadisəsi deyil. Bir müddət öncə BNT162b2 preparatı ilə peyvəndlənən portuqaliyalı həkim Sonia Asevedo da dünyasını dəyişib.
Xatırladaq ki, Pfizer/BioNTech vaksini Avropa İttifaqı tərəfindən təsdiqlənmiş ilk COVID-19 peyvəndidir.
