Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
E-huquq.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində deyib.
