Məzmuna keç

Azərbaycan əsgəri minaya düşərək şəhid oldu

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb.

E-huquq.az-ın xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu mina partlayışı nəticəsində həlak olub.

Müdafiə Nazirliyi e-huquq.az-a faktı təsdiqləyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.