Qırğızıstanın keçmiş baş naziri Məhəmmədkalıy Abılqazıyev qanunsuz varlanmada şübhəli bilinərək saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə “24.kg” agentliyi məlumat yayıb.
Məlumata görə, o, daha əvvəl sorğu-sual edilib. Bundan sonra ona qanunsuz varlanmada şübhəli bilinməsi haqqında xəbərdarlıq edilib.
