Məzmuna keç

İtkin düşdüyü bildirilən daha bir hərbçimiz şəhid oldu

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu müəyyənləşib.

E-huquq.az xəbər verir ki, şəhid bu gün anadan olduğu Siyəzən rayonu, Yenikənd kəndinə gətiriləcək və dəfn ediləcək.

Tural ailənin yeganə oğlan övladı olub.

Allah rəhmət eləsin!

Mənbə: Report