Ermənistan xarici işlər naziri Ara Ayvazyanla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin səlahiyyətlərini icra edən Filip Riker arasında telefonla danışığı baş tutub.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
