Məzmuna keç

Məhkəmə Əkrəm İmamoğlu ilə bağlı qərar verdi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində Ordu valisi Səddar Yavuzu təhqir etdiyinə görə məhkəmə tərəfindən maddi təzminat qərarı verilib.

E-huquq.az “Milliyet”ə istinadən xəbər verir ki, Səddar Yavuzun vəkili təhqirə görə İmamoğluna 6 aydan 2 ilə qədər həbs cəzası verilməsini tələb edib. Məhkəmə isə 7 min 80 lira maddi təzminat qərarı verməklə kifayətlənib.

Xatırladaq ki, 23 iyun 2019-cu ildə bələdiyyə seçkiləri təşviqat kampaniyası çərçivəsində Orduya səfər edən Ə. İmamoğlu 5 iyun tarixində İstanbula qayıdarkən Ordu-Giresun hava limanının əməkdaşları ilə münaqişə yaşayıb. Hadisə zaman İmamoğlu həmin vaxt Ordu valisi olmuş S. Yavuzun ünvanına təhqiredici ifadələr səsləndirib.