Məzmuna keç

Rusiya ABŞ-dakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün geri çağırdı

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”, deyə M.Zaxarova vurğulayıb.