Məzmuna keç

FETÖ-yə qarşı irimiqyaslı əməliyyat –

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, Türkiyənin İzmir Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatlarda 184 hərbiçinin saxlanılmasına qərar verilib. Onlardan 123-ü hazırda TSK-da fəaliyyətdə olan hərbiçilərdir.

Əməliyyatlar Türkiyənin 53 vilayətində paralel keçirilir.

Gecə saatlatında başladılan əməliyyatlarda şübhəlilərdən əksəriyyəti artıq nəzarətə götürülüb.