Məzmuna keç

Ermənistanda ABŞ vətəndaşına qarşı dələduzluq edən hərbçilər yaxalandı

Ermənistanın hərbi polisi vətəndaşlardan pul qoparmada və dələduzluqda şübhəli bilinən cinayətkar qruplaşmanı aşkarlayıb.

Bu barədə e-huquq.az Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Tərkibi hərbçilərdən ibarət olan qruplaşmanın üzvləri 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına qədər hərbi xidmətlə bağlı müxtəlif səbəblər üzrə kömək bəhanəsi ilə ABŞ vətəndaşı N.T-dan 25 min ABŞ dolları alıblar.

Hərbi qulluqçular törətdikləri cinayətlə bağlı izahatlar veriblər.

Faktla bağlı cinayət işi başlanıb. Qruplaşma üzvlərinin sayı açıqlanmır.