"Ramazan ayı boyunca sərt karantin qaydalarının tətbiqi faydalı ola bilər"
E-huquq.az xəbər verir ki, bunu ASAN Radioya açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
"Yoluxma sayı bizi daha az narahat edir, nəinki ölüm sayı. Ağır xəstələrin sayının artımı reanimasiya çarpayılarının sayının azalmasına gətirib çıxarır. Eyni zamanda bu reanimatoloqlar və digər daha dar ixtisaslı həkimlərimizin və tibb bacı və qardaşlarımızın da artıq yüklənməsinə gətirib çıxarır. Nəticə etibarı ilə isə biz ölüm sayında artım müşahidə edirik. Bunu nəzərə alaraq, karantin rejiminin sərtləşməsi əlbəttə ki, labüd hesab edilməlidir. Çünki bu ölüm sayının azalmasına imkan verəcək. Mərhələli şəkildə sərtləşdirmənin tətbiqi çox faydalı ola bilər. Xüsusilə nəzərə alsaq ki, Ramazan ayı aprel ayının 13-dən 14-nə keçən gecə girir, bir ay ərzində Ramazan ayı olacaq. Məhz bu dövrdə daha sərt tədbirlərin tətbiqi düşünürəm ki, daha faydalı ola bilər. Bu cür təcrübədən bəzi qonşu ölkələr də istifadə etmək niyyətindədir. Bütün mütəxəsislərin dünyanın bir çox ölkələrində təxmini düşüncələri və təklif etdiyi həll yolları demək olar ki eynidir", -deyə o bildirib.
