22.10.2026
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlandı
Sosial

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlandı

Apr 9, 2021

Azərbaycanda son sutkada koronavirus əleyhinə 42 234 vaksin vurulub.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 405 289 təşkil edir.