Məhkəmə “İdeal”ın keçmiş sahibi ilə bağlı qərar verdi


  • 9 Aprel 2021 16:56

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qurbanovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, İ.İsmayılovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər