Məzmuna keç

Azərbaycanda bir gündə koronadan 29 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 245 yeni yoluxma faktı qeydə alınıb, 1 541 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ ərargahdan e-huquq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, aktiv xəstə sayı 29 456 nəfərdir.

Ölkədə son sutka ərzində 11 492, hazırkı dövrədək isə 3 189 536 test aparılıb.