Məzmuna keç

Türkiyə parlamenti Baydenin açıqlamalarını pisləyən bəyanat yaydı

Türkiyə Böyük Millət Məclisi ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı çıxışını pisləyən bəyanat yayımlayıb.

E-huquq.az-ın məlumatına görə, bəyanatı parlamentdə təmsil olunan partiyalardan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) imzalayıb.

Bəyanatda deyilir: "ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı erməni diasporunun iddialarını əks etdirən açıqlamalarını şiddətlə pisləyirik".