Hazırda paytaxtın bir sıra küçə və prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
E-huquq.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində gecikmələr var: “Xüsusən də Heydər Əliyev prospekti kənar yol şəhər mərkəzi istiqamətində avtobusların hərəkəti çətinləşib”.
