Cənubi Qafqazın ən böyük müəssisələrindən olan "AZGRANATA" MMC daha bir yeniliyə imza atıb.
E-huquq.az xəbər verir ki, şirkət feyxoa arağının istehsalına başlayıb. Zavodun alkoqollu içkilər sektorunda feyxoa meyvəsindən yüksək keyfiyyətlə hazırlanan "Badikubə Feyxoa" adlı meyvə arağı artıq satışdadır.
Qeyd edək ki, 2011-ci ildə inşa olunmuş təxminən 14 hektar sahəni əhatə edən zavod Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. “AZGRANATA” meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.
