Bərdə rayonunda ümumi sahəsi 896 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 126 m² olan çayxananın yanar konstruksiyaları, sahəsi 84 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları və sahəsi 42 m² olan digər mağazanın lambirindən ibarət tavanı yanıb.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, hər iki mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
