Məzmuna keç

Türkiyə bayrağını təhqir edən aktyor barəsində cinayət işi başlanıldı

Mehmet Akif Alaturk sosial şəbəkədə Türkiyə bayrağı təhqir edib

Türkiyə bayrağını təhqir edən aktyor barəsində cinayət işi başlanılıb.

E-huquq.az "Hürriyet"ə istinadən xəbər verir ki, aktyor Mehmet Akif Alaturk sosial şəbəkədə Türkiyə bayrağı təhqir edib.

O, "Instagram" səhifəsində bayrağın şəklini paylaşaraq, "Bu, Rıfkı cumhuriyyətinin bayrağı deyil?" sözlərini yazıb.

İzləyicilərdən biri bu haqda polisə şikayət edib.

İstanbul Polisi Kiber Cinayətlərlə Mübarizə İdarəsi faktla bağlı araşdırma aparıb. Hazırlanan hesabatda Alakurtun dövlətin suverenliyini açıq şəkildə alçaltdığı bildirilib.

İstanbul Baş Prokurorluğunda Alakurt haqqında istintaq başladılıb.